Müəllif: Ağa Muxtarov, Baş analitik, Lider Forex
Son zamanların maliyyə sistemində çalışanların ən çox müzakirə mövzusu olan QE proqramı və FOMC iclası dünən baş tutmuş oldu. İclas haqqında söz açmazdan əvvəl bu proqramın yaranma tarixinə qısaca nəzər salmaq istərdim.
Adətən Fed (Federal Ehtiyatlar Sistemi- 1913-cü ildə ABŞ dövlətinin Mərkəzi bank rolunu oynayacaq maliyyə strukturudur.) diskaunt faiz dərəcəsini iqtisadiyyatı stimullaşdırmaq üçün aşağı salır. 2008-ci ildəki böhran zamanı iqtisadiyyatı bərpa etmək üçün Fed faiz dərəcəsini 0-a qədər endirmiş oldu. Ancaq bu iqtisadiyyatı bərpa etmək üçün kifayət etmədi . İşsizlik səviyyəsi hələdə normadan yüksək səviyyədədir. Məhz buna görə də Fed iqtisadiyyatı stimullaşdırmaq üçün yeni QE proqramını tətbiq etmiş oldu. Qısaca bu proqram haqqında məlumat vermək istərdim . QE proqramı (Quantitative Easing) qeyri ənənəvi monetar pul siyasətidir. Mərkəzi banklar tərəfindən iqtisadiyyatı stimullaşdırmaq üçün istifadə olunur.
Bu proqramda ipoteka istiqrazlarının və xəzinə istiqrazlarının alınması nəzərdə tutulur. Hansı ki, uzunmüddətli faiz dərəcəsinə yatırılır və nəticədə bazar likvidliyi tətbiq tətbiq edilmiş olur. 2008-ci ildən etibarən həyata keçirilməyə başlanan bu proqram bir neçə mərhələdə həyata keçirilmiş oldu. Sonuncu mərhələdə 85 mlrd dollar dəyərində istiqrazların hər ay alınması nəzərdə tutulmuşdur. Bu proqramın iqtisadiyyat bərpa olana qədər davam etməsi nəzərdə tutulmuşdur. Son üç ay ərzində mərkəzi statistika komitəsinin verdiyi məlumatlarda işsizliyin 2009 – cu ildən minimum səviyyəyə 7.4% olması və sənaye göstəricilərinin artması iqtisadi dirçəlişə işarə kimi qiymətləndirilmiş oldu. Bu isə öz növbəsində QE proqramının son mərhələsində müəyyən olunmuş alış həcminə dəyişiklik etmək lazım olduğunun qərarına gəlməsinə səbəb oldu. Dünən Bakı vaxtı ilə 23.00 –da baş tutmuş olan həftənin ,ayın və ilin son ən vacib iclasında FOMC (Federal Open Market Commitee) üzvləri istiqrazların geri alınmasını 10 mlrd dollar azaldaraq hər ay üçün 75 mlrd dollar müəyyən etmiş oldu. Bu prosesə bu aydan başlanmış olsa da bu ay üçün 10 mlrd dollar dəyərində istiqrazların alınması nəzərdə tutulmuşdur. Gələn ilin sonuna kimi Fed bu proqramı tamamilə bitirmiş olacaq ki , bu vəziyyət 2015-2016 –cı illərdə Fed-ə imkan verəcək ki , discaunt faiz dərəcəsini qaldırsın .
FOMC iclasının nəticələri özlüyündə fond bazarlarına və valyuta bazarına aktiv təsir etmiş oldu.
Dünən ABŞ fond bazarında səhmlərin və indekslərin qiymətlərində yüksəlişlər seyr edilərkən , valyuta bazarında (FOREX) da Dolların daha cəzbedici olması digər valyutalar üzərində dəyər qazanmasına səbəb oldu.