“Bloomberg Billionaires Index”in məlumatına görə, 2024-cü ilin yanvar-avqust aylarında Rusiyanın ən zəngin iş adamlarının ümumi sərvəti 26.2 milyard dollar artıb. Reytinqin bütün iştirakçılarına nisbətən maksimum artımı Andrey Melniçenko nümayiş etdirib. Onun sərvəti ilk yeddi ayda 6.37 milyard dollar artaraq 25.2 milyard dollara çatıb.
“Bloomberg Billionaires Index” milyarderlərin pay sahibi olduğu şirkətlərin səhmlərinin qiymətləri əsasında hesablanır. Bəzi şirkətlər üçün hesablama onların kapitallaşmasının EBITDA-ya və ya səhm qiyməti üzrə mənfəət nisbətinə əsaslanır. Ümumilikdə reytinqə dünyanın ən zəngin 500 adamı daxildir.
Ən zəngin rus sahibkarı Vladimir Potanin olaraq qalır. İlin əvvəlindən onun sərvəti 498 milyon dollar artaraq 31.6 milyard dollara çatıb. İlk üçlüyü Vladimir Lisin tutur. Milyarderin kapitalı 3.05 milyard dollar artaraq 27 milyard dollara çatıb. Aleksey Mordaşov (26.8 milyard dollar) və Leonid Mixelson (25.7 milyard dollar) müvafiq olaraq dördüncü və beşinci sıradadırlar.
“Bloomberg” reytinqə ilk dəfə olaraq “Telegram” messencerinin təsisçisi Pavel Durovu daxil edib. Agentlik onun ümumi sərvətini 9.15 milyard dollar olaraq qiymətləndirib.