9 C
Baku
Friday, December 13, 2024

İlin birinci yarısında Gürcüstan iqtisadiyyatına 922.9 mln. dollar həcmində investisiya qoyulub

Cari ilin yanvar-iyun ayları ərzində Gürcüstan iqtisadiyyatına 922.9 milyon dollar həcmində birbaşa investisiya qoyulub.

Bunu Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat naziri Levan Davitaşvili parlamentdəki çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu göstərici 2021-ci illə müqayisədə 102 faiz, 2019-cu illə müqayisədə isə 62.5 faiz çoxdur.

İnvestisiyaların 42.5 faizi Avropa İttifaqının payına düşüb.

Ölkədəki işsizlik probleminə toxunan nazir deyib ki, hesabat dövründə əhalinin məşğulluğu artıb, işsizlik səviyyəsi 18.1 faizə enib.

Nazir deyib ki, 2022-ci ildə turizmin bərpası daha da sürətlənəcək. Cari ilin yanvar-avqust aylarında turizm pandemiyadan əvvəlki dövrlə müqayisədə 94.6 faiz bərpa olunub və turizmdən gəlirlər 141.6 milyon dollar təşkil edib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər