9 C
Baku
Thursday, December 12, 2024

İlin ilk 4 ayında Bakıda ticarət dövriyyəsinin həcmi 8 mln. manata yaxın olub

2022-ci ilin yanvar-aprel aylarında ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 5.4% artaraq 7 961.7 mln. manat olub.

Bbanker.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2.1% artaraq 4 252 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 9.7% artaraq 3 709.7 mln. manata bərabər olub. İstehlak məhsullarının 37.7%-i hüquqi şəxs statuslu müəssisələrdə, 35.4%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26.9%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Son xəbərlər
Digər xəbərlər