3 C
Baku
Saturday, December 14, 2024

İlk 4 ayında manatın ‘qorunması’ üçün $2.2 mlrd. satıldı

Azərbaycanda bankların Dövlət Neft Fondundan aldıqları ABŞ dollarının həcmi son üç ayın maksimumuna qalxıb.

Banker.az xəbər verir ki, 2022-ci ilin aprel ayında səkkiz valyuta hərracı keçirilib, bu hərraclarda ümumilikdə 548.7 milyon ABŞ dolları satılıb.

ARDNF-in hərraclarda satdığı dollar yanvar ayında qeydə alınmış ($726.9 mln) həcmdən sonra qeydə alınmış ən yuxarısıdır.

Aprel ayında ən yüksək dollar alışı altıncı valyuta hərracında baş tutdu və $81 mln. dollar banklar tərəfindən alındı.

Cari ilin əvvəlindən bu tərəfə qədər isə ARDNF hərraclarda valyuta bazarının tələbini qarşılamaq üçün 2 milyard 173 milyon ABŞ dollar satıb. Bu da 2021-ci ilin eyni dövrünü, yaxud ilk dörd ayını $180 mln. yaxud 9% üstələyib.

Məlumat üçün bildirək ki, cari ildə ABŞ dollarının axını daha çox əhalinin “yastıq altına” getməkdədir. Ətraflı.

3e3

454353454434

Son xəbərlər
Digər xəbərlər