2 C
Baku
Saturday, December 14, 2024

İlin ilk ayı kərə yağı istehsalı 4% artdı

2022-ci ilin yanvar ayı üzrə kərə yağı istehsalı 3.9% artıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu ilin ilk ayı ölkədə 2155.9 ton kərə yağı istehsal olunub. Keçən il isə bu rəqəm 2074.3 ton olub.

Bundan əlavə fevral ayı üçün hazır məhsul ehtiyatı 179.7 ton olub. Bu da ötən illə müqayisədə 109.3 ton artıq məhsul ehtiyatı deməkdir.

Xatırladaq ki, ötən ilin müvafiq dövrü üçün hazır məhsul ehtiyatı 70.4 ton idi.

Son xəbərlər
Digər xəbərlər