10 C
Baku
Thursday, December 12, 2024

İlin ilk rübündə həyat sığortası üzrə yığımlar ödənişləri qarşılaya bilmədi

Azərbaycanda həyat sığortasından 2021-ci ilin birinci rübündə yığımlar ödənişləri qarşılaya bilmir.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sığorta statistikası üzrə icmal göstəricilərində deyir.

2021-ci ilin ilk rübü ərzində 83.13 milyon manat həcmində sığortaçılar tərəfindən ödəniş etmək məcburiyyətində qalıblar, bunun qarşılığında isə cəmi 53.9 milyon manat yığım edilib. Burada isə 29.22 milyon manatlıq “neqativ” fərq var.

Həyat sığortası bazarının digər neqativ göstəricisi isə öncəki illə müqayisədə haqların yığımının 4.5% azalması, ödənişlərin isə əksinə 2.3 dəfə artmasıdır.

Burada, 45.49 milyon manat həyatın yaşam sığortası haqları (ödənişlər: 82,12 milyon manat) və 7.63 milyon manatı isə həyatın ölüm halından sığortası üzrə haqlar (ödəniş isə 1 milyon manat) olmuşdur.

Son xəbərlər
Digər xəbərlər