Azərbaycanda banklara cəlb olunan depozitllərdə milli valyutada maraq artıb, xarici valyutada (əsasən ABŞ dolları) azalıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
1 may 2019-cu il tarixdə banklara manatda 7 milyard 169,6 milyon manat, xarici valyutada isə 9 milyard 503,8 milyon manat təşkil edib.
Banklara manatda cəlb olunan depozitlərin həcmi 31 faiz artıb, xarici valyutada isə 2 faizə yaxın azalıb.
Lakin ötən illərə nəzər yetirdikdə məlum olur ki, ilk devalvasiyanın başladğı ildən bu tərəfə dollar depozitləri ilə manat depozitləri arasındakı nisbət xeyli azalıb. Hətta 1-ci devaıvasiyadan bu tərəfə ən aşağı həddə düşüb ki, yəni, 1 may 2019-cu il tarxinə 1,33 olub.
2015-ci ilin yanvarında bu nisbət 0,63 olduğu halda, ilk devalvasiya sonrası 1,15, 2015-ci ilin aprelində isə 1,74 olmuşdu.
Bildirək ki, son 4 ildə ən yüksək göstərici “tam üzən məzənnə dövrünü əhatə edir. Bu dövürdə manatla depozitlər 3 milyard 717,3 milyon təşkil etdiyi halda, xarici valyutada 10 milyard 910,4 milyon manat təşkil edirdi ki, bu da 3,4 nisbətlik fərq yaranmışdı.