17 C
Baku
Monday, April 29, 2024

İlon Mask deyir ki, süni intellekt bəşəriyyətin məhvinə gətirib çıxara bilər

Süni intellektin (Sİ) inkişafı 10-20 faiz ehtimalla bəşəriyyətin ölümünə səbəb ola bilər.

“Business Insider” xəbər verir ki, bunu amerikalı milyarder və sahibkar İlon Mask ABŞ-nin Los-Anceles şəhərində keçirilmiş “Sİ haqqında böyük müzakirələr” seminarında söyləyib.

“Düşünürəm ki, onun (Sİ – red.) bəşəriyyəti məhv edəcəyi ehtimalı var. Mən, yəqin ki, [britaniyalı və kanadalı süni intellekt üzrə alim] Ceffri Hintonla razılaşardım ki, bu, 10 və ya 20 faiz və ya daha çoxdur”, – Mask bildirib.

Bununla yanaşı, biznesmen hesab edir ki, bu cür texnologiyaların inkişafı hələ də davam etdirilməyə dəyər, çünki bu məsələdə müsbət ssenarilər mənfi olanları üstələyir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər