“Tesla” və “SpaceX”in rəhbəri İlon Mask deyir ki, dünyanın bərpa olunan enerji mənbələrinə keçə bilməsi üçün onilliklər lazımdır. “Reuters” xəbər verir ki, bu barədə o, Norveçə səfəri zamanı bildirib.
“Dünyanın indiyə qədər üzləşdiyi ən böyü problemlərdən biri də dayanıqlı enerjiyə və iqtisadiyyata keçiddir”, – milyarder vurğulayıb.
Onun sözlərinə görə, bu, bir neçə onilliklər çəkəcək, ona görə də qısa müddətdə bəşəriyyət neft və qazdan istifadə etməli olacaq, əks halda sivilizasiya çökəcək. Mask həmçinin doğum nisbəti problemindən də danışıb. “Hesab edirəm ki, insanların sivilizasiyanı davam etdirmək üçün kifayət qədər övladının olması vacibdir ki, biz yox olmayaq”, – sahibkar deyib.
Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.
İlon Mask Norveçə bərpa olunan enerji mənbələrinə həsr olunmuş “Offshore Northern Shore” konfransında çıxış etmək üçün gəlib. Konfrans avqustun 29-dan sentyabrın 1-dək davam edəcək.