15 C
Baku
Friday, May 3, 2024

İlon Mask Texasda öz universitetini açacaq

İş adamı İlon Mask Texas ştatının Ostin şəhərində universitet açmaq niyyətindədir, bu barədə “Bloomberg” məlumat yayıb. Agentlik qeyd edir ki, layihənin dəyəri 100 milyon dollar təşkil edir.

Əvvəlcə İlon Mask ibtidai və orta sinif şagirdləri üçün məktəb tikməyi planlaşdırır. Məktəb təbiət elmləri və mühəndislik fənlərini bir proqramda birləşdirərək STEM sisteminə yönəldiləcək. Daha sonra məktəbin əsasında praktiki təhsilə önəm verən universitetin açılması nəzərdə tutulur. Buraya simulyasiyalar, nümunə araşdırmaları, istehsal və dizayn layihələri daxil olacaq.

Universitetin inşası üçün ərizə 2022-ci ilin oktyabrında ABŞ Daxili Vergi Xidmətinə təqdim edilib və 2023-cü ilin martında təsdiqlənib. “Bloomberg” qeyd edir ki, İlon Mask ilk dəfə təhsil müəssisəsi açmır – təxminən 10 il əvvəl o, “SpaceX”in Kaliforniya şəhərciyində beş uşağı və şirkət işçilərinin bir neçə övladı üçün özəl məktəb yaradıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər