17 C
Baku
Tuesday, April 30, 2024

İlon Mask “Twitter”i 20 mlrd. dollar dəyərində qiymətləndirib

İlon Mask “Twitter”i 20 milyard dollar dəyərində qiymətləndirib. Milyarder bu barədə işçilərə səhm təzminatı ilə bağlı yazdığı məktubda qeyd edib. Qeyd edək ki, bu, sahibkarın sosial şəbəkəyə verdiyi puldan iki dəfə azdır.

Mask “Twitter”i 2022-ci ilin oktyabrında alıb. Daha sonra iş adamı şəxsi vəsaitlərdən 21 milyard dolları nizamnamə kapitalı kimi təmin edib, qalanını isə “Morgan Stanley”nin başçılıq etdiyi bir qrup bankdan “Tesla” səhmləri ilə təmin edilib.

Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.

17 yanvar 2023-cü ildə adı açıqlanmayan yüksək səviyyəli “Twitter” rəhbəri “The Information”a bildirib ki, Maskın gəlişindən bəri şirkət 500-dən çox reklamçısını itirib və 17 yanvar üçün gəlir 2022-ci ilin eyni gününə nisbətən 40% az olub. Dekabrda “Twitter”in gəliri illik müqayisədə 40% azalıb, “The Wall Street Journal” yazıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər