-3 C
Baku
Sunday, December 15, 2024

İlon Mask “Twitter”i almaq üçün “SpaceX”in bir hissəsini satır

Milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask “Twitter” sosial şəbəkəsini almaq üçün ikincinin səhmlərinin bir hissəsini satmağı planlaşdırır. Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

2021-ci ilin avqust ayına olan məlumata görə, Mask “SpaceX”də 44% paya sahibdir. “New York Post”un qeyd etdiyi kimi, iş adamı payının bir hissəsini səhm başına 70 dollara satmağı düşünür.

Aprelin 26-da milyarder “Twitter”i 44 milyard dollara almağa razılaşıb. Sosial şəbəkənin satın alınması elanından qısa müddət sonra onun maliyyə nəticələri dərc edilib. Şirkət hesabatda bildirib ki, onun qlobal auditoriyası il ərzində demək olar ki, 16% artaraq 229 milyon istifadəçiyə çatıb.

Mask istifadəçi hesablarını yoxlamaq və spam üçün istifadə edilən saxta səhifələrin sayını müəyyən etmək üçün alışı təxirə salmaq qərarını verib. Sosial şəbəkənin vəkilləri onu məxfi məlumatları açıqlamaqda ittiham ediblər.

Son xəbərlər
Digər xəbərlər