9 C
Baku
Friday, December 13, 2024

İlon Maska Şri-Lankanın xarici borclarını satın almaq təklif olunub

Hindistanlı iş adamı, “Snapdeal” şirkətinin rəhbəri Kunal Bahl “Tesla” və “SpaceX” şirkətlərinin təsisçisi İlon Maska “Twitter”in əvəzinə Şri-Lankanın xarici borclarını satın almağı təklif edib.

Bu barədə Hindistan mətbuatı yazır.

“İlon Maskın “Twitter”i almaq üçün təklifi 43 milyard dollardır. Şri-Lankanın xarici borcu 45 milyard dollardır. O, borcu alıb oranı Seylon Mask adlandıra bilər”.

Xatırladaq ki, İlon Mask ötən həftə “Twitter”in səhmlərinin 9,2 faizini satın alıb. O, bir neçə gün əvvəl şirkəti bütünlüklə satın almaq fikrində olduğunu bildirmişdi.

Şri-Lanka isə bir neçə gün əvvəl xarici borclarla əlaqədar defolt elan edib.

 

 

Son xəbərlər
Digər xəbərlər