2 C
Baku
Sunday, December 15, 2024

IMF Azərbaycanda illik inflyasiya ilə bağlı proqnozunu yeniləyib

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda illik inflyasiyanın 11,3 % səviyyəsində olacağını proqnozlaşdırır.

Bu barədə IMF-nin “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının aprel sayında bildirilir.

Sənədə əsasən, bu, Fondun oktyabr ayına olan proqnoz göstəricisi ilə müqayisədə 0,5 faiz bəndi çoxdur.

IMF gələn il Azərbaycanda inflyasiyanının 8 %, 2028-ci ildə isə 4 % səviyyəsində olacağını gözləyir.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi” layihəsində inflyasiyanın 2022-2026-cı illərdə hər il orta hesabla 6,2 % olması proqnozlaşdırılıb. 2023-cü ildə isə 6,9 % səviyyəsində gözlənilir.

2022-ci ildə Azərbaycanda inflyasiya 13,9 % səviyyəsində qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər