10 C
Baku
Wednesday, December 11, 2024

IMF Azərbaycanın cari hesab balansının profisiti üzrə proqnozunu kəskin artırıb

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda cari hesab balansı üzrə profisitinin ümumi daxili məhsuluna (ÜDM) nisbətini 31,7 % səviyyəsində olacağını proqnozlaşdırır.

Bu barədə IMF-nin “Dünya İqtisadi Görünüşü” hesabatının oktyabr sayında bildirilib.

Sənədə əsasən, bu, qurumun iyul ayı proqnozu ilə müqayisədə 7,1 faiz bəndi çoxdur.

IMF gələn il Azərbaycanda cari hesab balansı üzrə profisitinin ÜDM-yə nisbətini 31,4 % olmasını gözləyir ki, bu da, əvvəlki proqnozla müqayisədə 9,8 fazi bəndi çoxdur.

2027-ci ildə isə IMF Azərbaycanda cari hesab balansı üzrə profisitinin ÜDM nisbətini 9,6 %-ə enəcəyini bildirir. Bu da, iyul proqnozu ilə müqayisədə 0,5 faiz bəndi çoxdur.

Son xəbərlər
Digər xəbərlər