10 C
Baku
Friday, December 13, 2024

IMF: “Brexit” bütün dünyaya təsir edəcək

Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılmasının təsir sərhədləri daha geniş olacaq.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (İMF) direktor müavini David Lipton Pekində müsahibələrində bildirib. O, “Brexit”in (Britaniyanın Aİ-dən ayrılması) təsirinin necə olacağını proqnozlaşdırmağın çox çətin olduğunu qeyd edib və qeyri-müəyyənliyin neqativ təsirinin olacağını vurğulayıb. Lipton, bütün bu hadisələrin dünya iqtisadiyyatının cari həssas vəziyyətində baş verdiyini və iqtisadi canlanmaya kömək etməyəcəyini əlavə edib.
Daha sonra İMF təmsilçisi “Brexit”in baş tutması halında ticarət müqavilələrinin ciddi zərər görəcəyini vurğulayıb: “Səsverməyə qədər olan müddətdə qeyri-müəyyənlik artmağa davam edir. Britaniyanın Aİ-dən ayrılma qərarı hər iki tərəf arasında ticarət və digər sahələrdə tənzimləmələrin necə həyata keçəcəyi ilə bağlı anlaşılmaz bir vəziyyət yarada bilər. Bu mənada təsir Aİ və Britaniya xaricində bütün dünyaya ciddi təsir edəcək”,- deyə Lipton bildirb.
Yerli analitika qrupu Report hesab edir ki, “Brexit”in keçiriləcəyi tarix – iyunun 23-dək qlobal maliyyə bazarları ciddi mənfi təsirə məruz qalacaq. Britaniyada keçirilən son 4 sorğuda Aİ-dən ayrılmaq istəyənlərin üstünlük təşkil etməsi “Brexit”i, sabah açıqlanacaq ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcələri qərarından daha önəmli edib.
Qeyd edək ki, iyunun 15-də FES-in uçot dərəcələrini artırması gözlənilmir. “Brexit” referendumu tarixinə yaxınlaşdıqca dünyanın əsas fond birjası indexləri, neft, funt sterlinq ucuzlaşır. Maliyyə bazarlarında neqativ əhval-ruhiyyənin gələn həftənin ilk yarısınadək davam edəcəyi ehtimal olunur.
Son xəbərlər
Digər xəbərlər