6 C
Baku
Sunday, December 15, 2024

IMF: Bu il Azərbaycanda inflyasiya 12% olacaq

Bu il Azərbaycan iqtisadiyyatında 1%-lik geriləmənin olacağı gözlənilir.

Bu proqnoz Beynəlxalq Valyuta Fondunun (IMF) açıqladığı “World Economic Outlook, October 2017” hesabatında qeyd edilib.

Hesabata görə, bu rəqəm ötən il -3,1% olub, 2018-ci ildə isə 1,3%-lik iqtisadi artım gözlənilir.

IMF analitikləri hesab edirlər ki, bu il Azərbaycanda 12%-lik inflyasiya qeydə alınacaq. Halbuki, bu rəqəm ötən il faktiki 12,4% olub. Gələn il isə birrəqəmli inflyasiyanın (8%) olacağı proqnozlaşdırılır.

IMF Azərbaycanda işsizlik səviyyəsinin 2017-ci ildə dəyişməyəcəyini və ötən il olduğu kimi 6% civarında qalacağını ehtimal edir. Hesabata görə, bu rəqəm gələn il də dəyişməyəcək.

Hesabatda Azərbaycanın cari əməliyyatlar balansının ÜDM-ə nisbəti 1,9% (profisit) olacağını, ötən il isə -3,6% (kəsir) olduğu qeyd edilir. Gələn il də bu rəqəmin 2,5% (profisit) olacağı gözlənilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər