29 C
Baku
Sunday, June 16, 2024

IMF rəhbəri ölkələri ressesiyaya qarşı mübarizə aparmaq üçün səyləri birləşdirməyə çağırıb

“Dünya iqtisadiyyatı ressesiyadan yalnız hökumətlərin bu il atmalı olduğu qəti və birgə addımlar ilə yayına bilər”.

Bunu Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgiyeva Ümumdünya Ticarət Təşkilatının konfransında çıxışı zamanı deyib.

“Yalnız bu il hökumətlərin qəti və birgə addımları ressesiyadan yan keçməyin yolu ola bilər. Bu yolla getməsək, ölkələr üçün daha çox mənfi nəticələr olacaq”, – o vurğulayıb.

Onun sözlərinə görə, mərkəzi bankların rəhbərləri iqtisadiyyatları sabitləşdirmək üçün daha səmərəli işləməkdən ötrü öz fəaliyyətlərini əlaqələndirirlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər