5 C
Baku
Saturday, December 14, 2024

İmran Xan həbs olundu

Pakistanın sabiq baş naziri İmran Xan həbs olunub.

İmran Xan Pakistan polisi tərəfindən paytaxt İslamabadda yerləşən iqamətgahında tutulub.

Fevralın 28-də məhkəmə tərəfindən Xanın həbsi barədə qərar çıxarılmışdı.

İmran Xanın “Təhriki İnsaf” Partiyasının hazırkı lideri Favad Çaudri deyib ki, Xanın həbs edilməsi vəziyyəti ciddi şəkildə pisləşdirəcək: “Mən bu səriştəsiz və anti-Pakistan hökumətini xəbərdar etmək istəyirəm ki, Pakistanı daha da böhrana sürükləməsin və ağılla hərəkət etsin”.

Qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın baş naziri olub.

Son xəbərlər
Digər xəbərlər