5 C
Baku
Saturday, December 14, 2024

İndoneziya “Boeing 737 MAX” təyyarələrinin istismarına icazə verib

İndoneziya “Boeing 737 MAX” seriyalı təyyarələrin iki qəzasından sonra sözügedən laynerlərin ölkə ərazisi üzərində uçuşlarına tətbiq edilən qadağanı ləğv edib.

Bu barədə “Bloomberg” agentliyi İndoneziya Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Departamentinin baş direktoru Novi Riyantonun yaydığı bəyanata istinadən yazır.

Açıqlamaya görə, “Boeing 737 MAX” təyyarələrinin İndoneziya üzərində uçuşları təhqiqat başa çatdıqdan və təyyarə sistemləri yekunlaşdıqdan sonra bərpa olunacaq.

Xatırladaq ki, “Boeing 737 MAX” tipli təyyarələrin uçuşları ardıcıl iki dəfə (2018-ci ilin oktyabrın 29-da İndoneziyada (“Lion Air”) və 2019-cu ilin martın 10-da Efiopiyada (“Ethiopian Airlines”)) baş verən aviaqəzalardan sonra bütün dünya üzrə dayandırılıb. Qəzalar 346 nəfər insanın ölümünə səbəb olub. Hər iki qəza təyyarənin burnunun əyilmə bucağına cavab verən MCAS sisteminin nasazlığı olub. Bundan əvvəl bu seriyalı təyyarələrin ABŞ, Braziliya, Hindistan, Malayziya, Sinqapur və bir sıra Avropa ölkələri üzərində uçuşları bərpa edilib.

“Bloomberg”in məlumatına görə, “Ethiopian Airlines” fevralın 1-dən etibarən “Boeing 737 MAX” təyyarələrini istismara qaytarmağı planlaşdırır. Dekabrın əvvəlində Çin “Boeing 737 MAX” təyyarələrini öz hava məkanına qaytarmaq niyyətində olduğunu açıqlayıb.

Hazırda dünyada təxminən 500 “Boeing 737 MAX” təyyarəsi mövcuddur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər