13 C
Baku
Wednesday, May 8, 2024

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin idarəetmə orqanı açıqlanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edəcək.

Banker.az xəbər verir ki, bu, Agentliyin bu gün Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş Nizamnaməsində öz əksini tapıb.

Sənədə əsasən, Agentliyin idarəetmə orqanı onun İdarə Heyətidir. Onun tərkibi 3 üzvdən – nazirin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və onun 2 müavinindən ibarətdir.

Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti İdarə Heyəti həyata keçirir. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri həyata keçirir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər