15 C
Baku
Thursday, May 9, 2024

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin nizamnamə fondu müəyyənləşib

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) nizamnamə fondu 100 000 manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin qurumun fəaliyyətinin təmin edilməsi ilə bağlı imzaladığı fərmanda əksini tapıb.

Fərmanla “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliynə isə dövlət qeydiyyatına alındıqdan sonra Agentliyin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etməsi tapşırılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər