9 C
Baku
Friday, December 27, 2024

İngiltərə Bankı yeni sikkələrin dizaynını təqdim edib

İngiltərə Bankı Böyük Britaniyanın yeni kralı III Çarlzın portreti olan sikkələrin, eləcə də illik dəstlərə daxil olan digər sikkələrin dizaynını təqdim edib.

Bu barədə “The Times” qəzeti məlumat yayıb.

Məlumata görə, kralın təsviri 2 və 5 funt-sterlinq, həmçinin 50 pens nominalında olan sikkələrin üzərində əks olunacaq. 5 funt sterlinqlik sikkənin dizaynı noyabrda kralın qarşıdan gələn 75 illik yubileyinə həsr olunub. Sikkənin üzərində kralın təbiətə sevgisini simvolizə edən palıd yarpaqları və delfinium çiçəkləri də nümayiş etdiriləcək.

“Onun portreti olan hər bir sikkə hazırlandığı metaldan tutmuş hazır parçanın dizaynına və emalına sərf olunan iş saatlarına qədər yüksək keyfiyyəti ilə fərqlənir”, – Kral Sikkəxanasının icraçı direktoru Enn Cessopp bildirib.

Sikkələri gələn il yanvarın 3-dən Kral Sikkəxanasının saytından əldə etmək olar. Yeni əşyaların qiymətlərinin 50 funt sterlinqdən başlayacağı gözlənilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər