10 C
Baku
Thursday, December 12, 2024

İngiltərə kağız pullardan imtina edir

İngiltərədə qəbul edilən qanun layihəsinə əsasən, ölkə pambıq kağızlardan hazırlanan pullardan imtina edərək, onları polimer banknotlarla əvəz edəcək. Bu isə 2016-cı ildə baş verəcək. İlk yenilənən banknot üzərində Uinston Çörçillin təsviri ilə 5 funt sterlinqli banknot olacaq. 2017-ci ildə isə dövriyyəyə yeni 10 funt sterlinqli banknotlar buraxılacaq.

Yeni banknotların müsbət cəhəti ondan ibarətdir ki, onlar kağız pullardan fərqli olaraq 2,5 dəfə daha uzun ömürlü olacaq. Bu isə o deməkdir ki, onların hazırlanmasına daha az təbiət resursu tələb olunacaq. Bundan əlavə, ekspertlərin qiymətləndirməsinə əsasən, müasir polimer pullar öz mövcudluğunun bütün mərhələsində daha az ekoloji zərərə malikdir. Polimer pulların daha bir vacib müsbət cəhəti ondan ibarətdir ki, kağız pullardan fərqli olaraq onları saxtalaşdırmaq daha çətin olacaq.

Son xəbərlər
Digər xəbərlər