18 C
Baku
Wednesday, May 29, 2024

İngiltərənin ən varlı adamı “Mançester Yunayted”i almaq istəyir

Britaniyalı milyarder Cim Retkliff satışa çıxarılacağı təqdirdə “Mançester Yunayted”i almaq niyyətində olduğunu bildirib.

Başlanğıc üçün Retkliff klubda ən azı hissə almağa hazırdır, çünki mətbuatda Qleyzer ailəsinin “Mançester Yunayted”ə yeni sərmayə qoymağı planlaşdırdığı və minoritar səhm paketini satmağı düşündüyü barədə məlumatlar var.

69 yaşlı Retkliff İngiltərənin ən varlı adamıdır. O, “Ineos Group Ltd” şirkətinin baş direktoru və “Ineos Grenadiers” velosiped komandasının sahibidir. Futbola gəlincə, 2019-cu ildə britaniyalı “Nitsa”nı 100 milyon avroya alıb. O, həmçinin İsveçrə çempionatının “Lozanna” klubunun sahibidir.

Xatırladaq ki, daha əvvəl amerikalı iş adamı İlon Mask sosial şəbəkədəki səhifəsində “Mançester Yunayted”i almaq niyyətində olduğunu bildirsə də, sonradan bunun zarafat olduğunu yazaraq öz mesajını təkzib etmişdi.

MənbəOxu.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər