“İnno Kapital İnvestisiya Şirkəti”nə yeni rəhbər təyin edilib

“İnno Kapital İnvestisiya Şirkəti” ASC-nin  Müşahidə Şurasına sədr təyin edilib.

Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Nofəl İsmayılov Cavanşir oğlu bu vəzifəyə təyin edilib.

O bu vəzifədə Şahin Rəcəbov Fəxrəddin oğlunu əvəz edib.

Nofəl İsmayılov  bu ayın əvvəlində investisiya şirkətinin Müşahidə Şurasına sədr seçilmişdi və hazırda “İnno Kapital”a yaxın olan “Monetri BOKT”nin direktoru kimi vəzifəsini davam etdirir.

Xatırladaq ki, “İnno Kapital” 2012-ci ildə “PSG Kapital” adı ilə yaradılıb, 2025-ci ildə rebrendinqi edib. Onun nizamnamə kapitalı 6.25 milyon manatdır. İnvestisiya şirkətinin səhmdarı 100% Faiq Məmmədovdur.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər