21 C
Baku
Thursday, April 25, 2024

“Instagram” yeni funksiyasını istifadəyə verib

“Instagram” sosial şəbəkəsi kompüterdə brauzer vasitəsilə foto və videonun yükləməsi imkanını tətbiq edib.

Bu barədə sosial şəbəkənin mətbuat xidməti “twitter”də yazıb.

“Biz nəhayət bu funksiyanı işə salmağa məmnunuq. İndi siz fotonu və müddəti 1 dəqiqəyə qədər olan videonu brauzer vasitəsilə birbaşa instaqrama yerləşdirə bilərsiniz”, – sosial şəbəkədən qeyd edilib.

Qeyd edək ki, əvvəllər məzmun yükləmək qabiliyyəti ancaq mobil cihazlardan mövcud idi, brauzer vasitəsilə yalnız paylaşımları görmək və qiymətləndirmək mümkün idi.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər