17 C
Baku
Sunday, May 5, 2024

“International” BOKT-un dəyəri 3 milyon manat olan səhmləri listinqə daxil edilib

12 may 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “INTERNATIONAL” ASC-nin ümumi dəyəri 3,000,000 manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilmişdir.

Banker.az xəbər verir ki, qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.Qiymətli kağızların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN Səhmlərin növü və forması Səhmlərin sayı Nominal Dəyəri Yerləşdirmə  forması Anderrayter
AZ1001021026 Adi adlı  sənədsiz  səhm 3000(ədəd) 1,000manat Abunə yazılışı “AzFinance İnvestisiya Şirkəti” QSC
Son xəbərlər
 ⁠
Digər xəbərlər