-3 C
Baku
Sunday, December 15, 2024

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz (Dollar daun, qızılda dəstək)

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR. 

Avropada sənaye sektorunda nikbinliyin artması, EURUSD məzənnəsində bahalaşma müşaiyət olunur. Bu, 1.15$-a kimi davam edə bilər. 

Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq ABŞ-ın əmək bazarına dair önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir. 

GBP. 

GBPUSD məzənnəsi də 1.33$-da dəstək görərək dəyər qazanmağa başlayıb. Texniki təhlillər trendin 1.36$-a kimi davam edəcəyini proqnozlaşdırmağa əsas verir. 

Bununla yanaşı, enerji birjalarında neftin ucuzlaşması da tendensiyaya qarşı müqavimət yaradır. 

TRY. 

USDTRY məzənnəsi 13.43TL ilə tarixi rekord səviyyəsini yenilədikdən sonra korreksiyaya başlayıb və “ayı”lar aktivliklərini 10.77TL-yə kimi gücləndirə bilərlər. 

Cümə günü saat 11:00-da Türkiyədə yeni inflyasiya rəqəmlərin dərc edilməsi də vacib rol oynayacaqdır. 

OIL. 

Bazarda neft təklifinin artmasından sonra Brent neftinin bir barel qiyməti 72$-a düşüb. Beləliklə, cari korreksiya 67$-a kimi dərinləşə bilər. 

Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir. 

GOLD. 

Foreks bazarlarında dolların ucuzlaşması ilə əlvan metallar bazarlarında qızıl qiymətləri də dəstək görüb. Bir unsiya üzrə qiymət 1817$-a (58.4$/qram) kimi də dəyər qazana bilər. 

 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

 

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin 

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

 

Son xəbərlər
Digər xəbərlər