9 C
Baku
Friday, December 13, 2024

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

İngiltərədə BoE-nin faiz qərarı və ÜDM göstəriciləri

Ötən həftənin cümə günü Amerikada açıqlanan əmək bazarına dair hesabatın keçən ay məşğulluqda artım templərinin səngidiyini göstərməsi və geriləyən əmək bazarı göstəricilərinin FED-in faiz dərəcələrini ilin sonuna kimi yüksək saxlayacağı ilə bağlı ehtimalları zəiflətməsinin ardından bu həftə investorlar, bəzi FED rəsmilərini dinləmək şansı əldə edəcəklər. Bu həftə, həmçinin, İngiltərə Mərkəzi Bankı ilə Avstraliya Mərkəzi Bankının toplantısı baş tutacaq.

FED rəsmilərinin çıxışları və ABŞ-dan iqtisadi göstəricilər

Bu həftə iqtisadi təqvim seyrək olduğundan diqqətlərin çoxu FED-in keçən həftə inflyasiya ilə bağlı irəliləyiş olmadığını etiraf etməsindən sonra çıxış edəcək Mərkəzi Bank rəsmilərinin verəcəyi açıqlamalarda olacaq.

Bazar ertəsi Nyu-York FED-in sədri Con Uilyams və Riçmond FED-in sədri Tomas Barkin, bir gün sonra isə Minneapolis FED-in sədri Nil Kaşkari çıxış edəcək. Çikaqo FED-in sədri Austan Qulsbi və FED-in vitse-prezidenti Mişel Bouman həftənin sonunda çıxış edəcəklər.

Cümə günü açıqlanacaq istehlakçı etimadına dair göstəricilər inflyasiya gözləntiləri və iqtisadi görünüş haqqında yeni məlumatlar verəcək. İlk dəfə İşsizlik Müavinatı üçün Müraciətlərin Sayına dair həftəlik hesabat cümə axşamı açıqlanacaq.

Texnologiya şirkətlərinin qazanc hesabatları

Birinci rübdə qazanc mövsümü son platoya yaxınlaşdıqca, bu həftə hesabat verəcək əsas şirkətlər arasında “Walt Disney” (DIS), “Wynn Resorts” (WYNN) və “Akamai Technologies” (AKAM) var.

Hesabat verəcək kiçik ölçülü adlara qida şirkəti “Bellring Brands” (BRBR) və neft və təbii qaz şirkəti “Permian Resources” (PR) daxildir.

FED-in faiz dərəcələrini hələ uzun müddət yüksək saxlama ehtimal, borç maliyyələşdirilməsinə və istehlakçı xərcələrinə daha çox ümid bəsləyən kiçik şirkətlər üçün perspektivləri kölgədə qoyduğu üçün, kiçik sərmayəli hissə sənədləri bu il fond birjalarındakı ümumi artımların çox gerisində qaldılar.

EUR

Ötən həftəyə 1.0693 səviyyəsindən start verən EURUSD məzənnəsi həftə ərzində 1.0810 həddini test etsə də, burada müqavimətlə qarşılaşaraq ucuzlaşdı və həftəlik şamını 1.0750 səviyyəsində tamamladı.

Bu həftə Avrozonada, Almaniyada açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri və Avropa Mərkəzi Bankının son toplantısının dərc olunacaq protokolları avronun valyuta birjalarındakı qiymətlərinə ciddi təsir edə bilər.

İngiltərə Bankının iclası

İnvestorlar, İngiltərə Mərkəzi Bankının (BoE) gələcək aylarda faiz dərəcələrini azaltmaq niyyətində olub-olmadığına dair yeni əlamətlər üçün cümə axşamı günü faiz dərəcəsi açıqlamasını və BoE sədri Endryu Beylinin çıxışını izləyəcəklər.

BoE rəsmiləri bu ilin əvvəlində uçot dərəcəsinin azaldılması ehtimalı haqqında açıq danışsalar da, son iqtisadi məlumatlar İngiltərə iqtisadiyyatında qiymət təzyiqlərinin qarışıq mənzərəsini yaratdı və bu, bazarların iyundan sentyabr ayına qədər ilk faiz endirimi gözləntilərini geri çəkməsinə səbəb oldu.

BoE, həmçinin yenilənmiş rüblük proqnozlarını dərc edəcək. Analitiklər hesab edirlər ki, orta müddətli inflyasiya proqnozlarında istənilən geriləmə bu il faiz dərəcələrinin azaldılması ilə bağlı ehtimalları gücləndirə bilər.

İnvestorlar çərşənbə axşamı günü İngiltərə Mərkəzi Bankanın sədri Endryu Beylinin çıxışında BoE-nin monetar siyasətinin gələcəyinə dair ip ucları axtaracaqlar.

İngiltərədə cari həftənin cümə günü açıqlanacaq ÜDM-in həcminə dair göstəricilər GBPUSD məzənnəsində tendensiyanın gedişinə ciddi təsir edə bilər. Ötən həftəyə 1.2490 səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə ərzində 1.0632 həddini test etsə də, burada müqavivətlə qarşılaşaraq ucuzlaşdı və həftəlik şamını 1.2545 səviyyəsində tamamladı.

“Ayılarlar” qiyməti 1.25$ səviyyəsinin altında saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.

NEFT

Neft qiymətləri keçən həftə son üç ayın ən kəskin həftəlik itkisini yaşadı, “Brent” nefti 7%-dən çox, “WTI” nefti isə 6.8% ucuzlaşdı.

İnvestorlar hesab edirlər ki, uzunmüddətli perspektivdə daha yüksək borclanma xərcləri dünyanın aparıcı neft istehlakçısı olan ABŞ-da iqtisadi artıma mane olacaq.

Hər iki tərəf müvəqqəti atəşkəs və beynəlxalq vasitəçilərlə danışıqları nəzərdən keçirdikcə, İsrail-Həmas müharibəsindən yaranan geosiyasi risk təzyiqləri azalıb.

İnvestorlar aşağı neft qiymətlərinin ABŞ hökumətini strateji ehtiyatları artırmağa sövq edib-etməyəcəyini maraqla izləyirlər.

XAUUSD

Ötən həftəyə 2336$ səviyyəsindən başlayan və 2346$ səviyyəsini test edən qızıl, açıqlanan qlobal iqtisadi göstəricilər və geosiyasi proseslər fonunda 2277$-a kimi ucuzlaşsa da həftəlik şamını 2301$ səviyyəsində tamamladı. Ehtimal olunur ki, “ayılar” qiyməti 2300$ həddinin altında saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin

Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Son xəbərlər
Digər xəbərlər