9 C
Baku
Thursday, December 12, 2024

İnvestisiya Şirkəti kapitalını ikiqat artırmaq üçün ₼400 000-lik səhmlər buraxır

“CPM-İnvest İnvestisiya Şirkəti” ASC-nin hər birinin nominal dəyəri 1 000 manat olan 400 ədəd adi adlı sənədsiz səhmləri buraxılacaq. Bu ümumilikdə 400 min manatlıq vəsaitdir.

Banker.az bunu emisya prospekti və memorandumuna istinad edir.

“Təklifin səbəbi nizamnamə kapitalının artırılmasıdır”- deyə, Banker.az-ın əldə etdiyi rəsmi sənəddə bildirilib. Qeyd edilib ki, əldə olunmuş gəlir İnvestisiya Şirkətinin dövriyyə kapitalının artırılmasına yönəldiləcəkdir.

İnvestisiya qiymətli kağızların bir növü olaraq hər birinin nominal dəyəri 1 000 (bir min) manat olan 400 (dörd yüz) ədəd adi, adlı, sənədsiz səhmlərin təklifi onların yerləşdirilməsi yolu ilə investorlardan sərbəst vəsaitlərin İnvestisiya Şirkətinin Nizamnamə kapitalına cəlb edilməsi məqsədilə həyata keçirilir. Əldə olunmuş gəlir emitentin dövriyyə kapitalının artırılmasına yönəldiləcək. Cəlb olunacaq vəsaitlərin xalis məbləği 397 740 AZN (üç yüz doxsan yeddi min yeddi yüz qırx manat) təşkil edəcək.

“CPM-İnvest İnvestisiya Şirkəti” ASC ötən ilin əvvəli hər birinin nominal dəyəri 1 000 manat olan 400 ədəd adlı, sənədsiz, adi səhmlərini emissiya etməklə əlavə səhmlər buraxmaq yolu ilə nizamnamə kapitalını 800 min manat məbləğinə çatdırmışdır. Emitent 13.01.2023-cü il tarixində hər birinin nominal dəyəri 1 000 olan 800  ədəd adlı, sənədsiz, adi səhmlərdən 400 ədədini dövriyyədən çıxarmaqla nizamnamə kapitalını 400 000,00 manat məbləğinə çatdırmışdır. Hazırda şirkətin nizamnamə kapitalı hər birinin nominal dəyəri 1 000  manat olan 400 ədəd adlı, sənədsiz, adi səhmdən ibarət olmaqla cəmi 400 manat məbləğində təsbit olunub.

“CPM-İnvest İnvestisiya Şirkəti” ASC-nin bir səhmdarı var və bu, Azərbaycan Respublikası vətəndaşı Məmmədova Kəmalə Qələndər qızıdır.

 

Son xəbərlər
Digər xəbərlər