“MFX-Trading İnvestisiya Şirkəti” ASC 2025-ci ili 91.99 min manat xalis zərərlə başa vurub. Halbuki, şirkət 2024-cü ildə 712.82 min manat xalis mənfəət əldə etmişdi.
Banker.az xəbər verir ki, İnvestisiya Şirkətinin əməliyyat gəliri illik müqayisədə 77.9% azalaraq 995.99 min manatdan 220.58 min manata düşüb. Buna baxmayaraq, əməliyyat xərcləri 4.9% azalaraq 328.75 min manatdan 312.63 min manata enib. Nəticədə şirkət 91.99 min manat ümumi zərər formalaşdırıb. Bununla yanaşı, bölüşdürülməmiş zərər 5.61 min manatdan 63.83 min manata yüksəlib.
2025-ci ildə İnvestisiya Şirkətinin ümumi gəlirləri 220.71 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 77.9% azdır. Gəlirlərin əsas hissəsi əməliyyat fəaliyyətindən formalaşıb. Ümumi xərclər isə 312.70 min manat olub və illik müqayisədə 4.8% azalıb. Xərclərin strukturunda ən böyük payı 164.58 min manatla digər əməliyyat xərcləri və 135.30 min manatla əməkhaqqı xərcləri tutub.
Hesabat dövrünün sonuna “MFX-Trading İnvestisiya Şirkəti”nin cəmi aktivləri 5.2% azalaraq 1.1 mln. manatdan 1.05 mln. manata düşüb. Cəmi kapital 5.3% azalaraq 1.1 mln. manatdan 1.05 mln. manata enib.
Xatırladaq ki, “MFX-Trading İnvestisiya Şirkəti” ASC 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon 110 min manatdır. Şirkətin yeganə səhmdarı Samir Xəlilovdur.







