10 C
Baku
Thursday, December 12, 2024

İnvestorların gəlirlərindən xaricə köçürməyə məhdudiyyətlər müəyyənləşir

İnvestisiya gəlirlərinin köçürülməsinə hansı hallarda məhdudiyyət qoyulacağı müəyyənləşir.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, investisiya gəlirlərinin sərbəst dönərli valyutada “Valyuta tənzimi haqqında” qanuna uyğun olaraq Azərbaycan Respublikasından xaricə bu qanunda nəzərdə tutulan hallar istisna olmaqla, təxirə salınmadan və sərbəst köçürülməsinə təminat verilir.

Bu qanuna uyğun olaraq xaricə köçürülən məbləğlərə aşağıdakılar daxildir:

– mənfəət, dividendlər, faizlər, royaltilər və digər gəlirlər;

– investisiyanın tam və ya qismən satışından və ya digər şəkildə özgəninkiləşdirilməsindən, yaxud investisiya fəaliyyətinə tam və ya qismən xitam verilməsindən irəli gələn qazanc;

– kompensasiya və zərərin ödənilməsi üzrə məbləğlər;

– əməkçi miqrantların investisiya ilə əlaqədar əldə etdikləri qazanc;

– bu Qanunla qadağan olunmayan digər ödəmələr.

Layihəyə əsasən, müflisləşmə və iflas sahəsində kreditorların hüquqlarının müdafiəsi, cinayət və ya inzibati məsuliyyətdən irəli gələn, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, vergi və digər dövlət ödənişlərinin ödənilməsi, məhkəmə qərarlarının icrası sahəsində normativ hüquqi aktların tələblərinə uyğun olaraq köçürmələr ayrı-seçkiliyə və qərəzliliyə yol verilmədən təxirə salına və ya məhdudlaşdırıla bilər.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər