10 C
Baku
Wednesday, December 11, 2024

“İpək Yolu Sığorta” yarım ildə kiçilib, gəlirləri və mənfəəti azalıb

“İpək Yolu Sığorta” 2023-cü ilin yanvar-iyun aylarını 374 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə sığorta şirkətinin mənfəəti 478 min manat olub ki, bu da illik müqayisədə 22% azalıb.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Yanvar-iyun aylarında “İpək Yolu Sığorta”nın gəlirləri 3 milyon 676 min manat (əvvəlki ilə nisbətən 46% az), xərcləri 3 milyon 209 min manat (əvvəlki ilə nisbətən 48% az), mənfəət vergisi ödəmələri isə 93 min manat təşkil edib. (azalma 22.5%)

Hesabat dövründə “İpək Yolu Sığorta”nın aktivləri 21 milyon 549 min manat olub ki, bu da ilin əvvəlinə nisbətən 33% azdır.

Xatırladaq ki, “İpək Yolu Sığorta” 2011-ci ildə “AZAL Sığorta” ASC-nin bazasında yaradılıb, “Silkway Holding” MMC-yə daxildir.

Son xəbərlər
Digər xəbərlər