5 C
Baku
Saturday, December 14, 2024

“İpək Yolu Sığorta”nın 1-ci rübdə maliyyə vəziyyəti bəlli oldu

“İpək Yolu Sığorta” 2022-ci ilin birinci rübü 234 min manat mənfəətlə başa vurub.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Bu ilin yanvar-mart aylarında  “İpək Yolu Sığorta”nın gəlirləri 5 milyon 461 min manat, xərcləri 5 milyon 168 min manat, mənfəət vergisi ödəmələri isə 59 min manat təşkil edib.

2022-ci ilin 1-ci rübündə “İpək Yolu Sığorta”nın aktivləri 28 milyon 78 min manat olub ki, bu da ilin əvvəlinə nisbətən 18% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 68% artaraq 11 milyon 977 min manata çatıb, balans kapitalı isə 4% azalaraq 16 milyon 101 min manata düşüb.

Xatırladaq ki, “İpək Yolu Sığorta” 2011-ci ildə “AZAL Sığorta” ASC-nin bazasında yaradılıb, “Silkway Holding” MMC-yə daxildir.

Son xəbərlər
Digər xəbərlər