“İpək Yolu Sığorta” ASC-nin ( ing. – Silk Way Insurance) ötən ilin əvvəlinə olan göstəricilərlə müqayisədə gəlirləri azalıb.
Banker.az xəbər verir ki, bu barədə Sığorta Şirkətinin 1 yanvar 2018-ci il tarixinə olan hesabatında deyilir.
Belə ki, “İpək Yolu Sığorta” 2016-cı illə müqayisədə də 2017-ci ildə cəmi gəlirləri 2,5 mln. manata az, yəni 10%, azalaraq 21,039 mln. manat həcmində olub. Sığorta Şirkəti ötən ildən daha az, yəni, gəlirlərinin azalmaları fonunda xərclərini bir qədər optimallaşdıraraq azalda bilib. Belə ki, Şirkət ötən ili 18 mln. xərclə olmaqla 2,4 mln. manatlıq xalis mənfəətlə bitirə bilib.
Sığorta Şirkəti Kiçilir
“İpək Yolu Sığorta”nin cəmi aktivləri hesabat dövrünün əvvəli ilə müqayisədə sonunda 3,194 mln. manat azalaraq 36,756 mln. manat təşkil edib. bu da 2015-ci ilə qədər davam edən artım prosesinin əksinin baş verməsidir.
Hesabat dövrünün əvvəli ilə müqyisədə hesabat dövrünün sonunda Şirkətin öhdəlikləri 35% azalaraq 9,96 mln. manata təşkil edib.