-1 C
Baku
Sunday, December 15, 2024

“İpək Yolu Sığorta”nin səhmdarlarının toplaşma vaxtı və səbəbi açıqlanıb

Bu ilin martın 28-də saat 10:00-da “İpək Yolu Sığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə “İpək Yolu Sığorta” ASC-nin 2018-ci ildə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin və digər məsələlərin müzakirəsi daxildir.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ ilə bağlı materiallarla tanış olmaq üçün “İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyətinin baş ofisinə müraciət edə bilərlər. Sənədlər üzrə məsul şəxs Quliyeva R. Ə. təyin edilib.

Xatırlatma!

“İpək Yolu Sığorta” “Silkway Holding” MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,8 mln. manatdır.

Şirkətin səhmlərinin 38,74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19,05%-i “Silkway Airlines” şirkətinə, 3,47%-i isə “Azərbaycan Hava Yolları” QSC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər