17 C
Baku
Sunday, May 5, 2024

iPhone 14 və iPhone 14 Plus yeni rəngdə təqdim edilib

“Apple” korporasiyası iPhone 14 və iPhone 14 Plus smartfonlarını yeni parlaq sarı rəngdə təqdim edib. Yeniliyin qiyməti iPhone 14 üçün 799 dollardan, iPhone 14 Plus üçün isə 899 dollardan başlayır.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Yeni rəng iPhone 14 və iPhone 14 Plus üçün satışa çıxarılan qara, ağ, mavi, bənövşəyi və qırmızı rəng çeşidini tamamlayır. Texniki cəhətdən yenilik 2022-ci ilin payızında təqdim olunan smartfonları tamamilə təkrarlayır.

6

Sarı rəngli iPhone 14 və iPhone 14 Plus üçün ilkin sifarişlər martın 10-da açılacaq, yeni smartfonların müştərilərə çatdırılması isə martın 14-də başlayacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər