26 C
Baku
Sunday, April 28, 2024

İpoteka krediti əldə edən zaman ən çox girov qoyulan əmlaklar açıqlandı

Ölkədə ipoteka krediti əldə edən zaman daha çox daşınmaz əmlak girov olaraq rəsmiləşdirilir. Belə ki, bir çox vətəndaşlar yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

2023-cü ilin yanvar-iyun ayları ərzində bağlanan ipoteka müqavilələrinin sayı

2023-cü yanvar-iyun ayları ərzində ölkəmizdə 39.093 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4.967 və ya 14,6% çoxdur.

2023-cü ilin yanvar-iyun ayları ərzində ən çox girov qoyulan daşınmaz əmlaklar

Hesabat dövrü ərzində Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri üstünlük təşkil edir. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzildir. Belə ki, 2023-cü ilin ilk altı ayı ərzində 21.780 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Hesabat dövründə girov qoyulmuş ümumi 39.093 əmlakdan 8.171-i torpaq sahəsinin, 5.623-ü isə fərdi yaşayış evinin payına düşür.

2023-cü ilin yanvar-iyun ayları ərzində daşınmaz əmlak növləri üzrə ipoteka müqavilələri

Əmlak növləri Müqavilə sayı Ümumi göstəricidə payı (faizlə)
Mənzil 21780 55.7%
Torpaq sahəsi 8171 20.9%
Fərdi yaşayış evləri 5623 14.4%
Qeyri-yaşayış sahələri 1339 3.4%
Qeyri-yaşayış binaları 1126 2.9%
Bağ evləri 689 1.8%
Digərlər 365 55.7%
Ümumi 39093 100.0%


Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi Bakıda bağlanılıb

Bu ilin ilk 6 ayı ərzində Bakıda ümumilikdə 20.093 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 51,4%-ni təşkil edir. Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (5.471 müqavilə), 2 saylı Sumqayıt (2.060 müqavilə), 5 saylı Xaçmaz (2.026 müqavilə) və 3 saylı Gəncə ərazi idarələrində (1.773 müqavilə) aparılıb. Bu, həmin bölgələrdəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi də qiymətləndirilə bilər.


İpoteka müqavilələrinin sayına görə ərazi idarələrinin siyahısı

Sıra № Ərazi idarələri İpoteka müqaviləsinin ümumi sayı Ölkə üzrə göstəricidə payı

(faizlə)

1. 1 saylı Bakı Ərazi İdarəsi 20093 51.4%
2. 4 saylı Abşeron Ərazi İdarəsi 5471 14.0%
3. 2 saylı Sumqayıt Ərazi İdarəsi 2060 5.3%
4. 5 saylı Xaçmaz Ərazi İdarəsi 2026 5.2%
5. 3 saylı Gəncə Ərazi İdarəsi 1773 4.5%
6. 9 saylı Qəbələ Ərazi İdarəsi 1103 2.8%
7. 17 saylı Yevlax Ərazi İdarəsi 768 2.0%
8. 13 saylı Şirvan Ərazi İdarəsi 732 1.9%
9. 7 saylı Bərdə Ərazi İdarəsi 688 1.8%
10. 14 saylı Şamaxı Ərazi İdarəsi 679 1.7%
11. 6 saylı Beyləqan Ərazi İdarəsi 566 1.4%
12. 11 saylı Şəmkir Ərazi İdarəsi 557 1.4%
13. 10 saylı Lənkəran Ərazi İdarəsi 544 1.4%
14. 12 saylı Şəki Ərazi İdarəsi 481 1.2%
15. 15 saylı Tovuz Ərazi İdarəsi 460 1.2%
16. 8 saylı Cəlilabad Ərazi İdarəsi 405 1.0%
17. 16 saylı Ucar Ərazi İdarəsi 349 0.9%
18. 18 saylı Zaqatala Ərazi İdarəsi 338 0.9%
Ölkə üzrə 39093 100.0%


Mənzillərin ən çox girov qoyulduğu bölgələr

2023-cü ilin yanvar-iyun ayları ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır. Girov qoyulan mənzillərin 93%-i bu üç ərazi idarəsinin payına düşür. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 9 saylı Qəbələ (4 müqavilə), 14 saylı Şamaxı (12 müqavilə) və 18 saylı Zaqatala (15 müqavilə) ərazi idarələridir.

Mənzillərin ən çox girov qoyulduğu ərazi idarələrinin siyahısı

Sıra № Ərazi idarələri İpoteka müqaviləsinin sayı Ölkə üzrə göstəricidə payı

(faizlə)

1. 1 saylı Bakı Ərazi İdarəsi 15519 71.3%
2. 4 saylı Abşeron Ərazi İdarəsi 3391 15.6%
3. 2 saylı Sumqayıt Ərazi İdarəsi 1345 6.2%
4. 3 saylı Gəncə Ərazi İdarəsi 715 3.3%
5. 17 saylı Yevlax Ərazi İdarəsi 271 1.2%
6. 13 saylı Şirvan Ərazi İdarəsi 174 0.8%

Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu bölgələr

2023-cü ilin ilk altı ayı ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə də paytaxt Bakı ilk yeri tutur. Bununla belə, bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Belə ki, bölgələrdə fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazilər 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və 10 saylı Lənkəran ərazi idarələrinin əhatə etdiyi rayonlardadır.

Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazi idarələrinin siyahısı

Sıra № Ərazi İdarələri İpoteka müqaviləsinin sayı Ölkə üzrə göstəricidə payı

(faizlə)

1. 1 saylı Bakı Ərazi İdarəsi 1617 28.8%
2. 4 saylı Abşeron Ərazi İdarəsi 980 17.4%
3. 3 saylı Gəncə Ərazi İdarəsi 484 8.6%
4. 5 saylı Xaçmaz Ərazi İdarəsi 301 5.4%
5. 7 saylı Bərdə Ərazi İdarəsi 265 4.7%
6. 10 saylı Lənkəran Ərazi İdarəsi 223 4.0%

Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr

Hesabat dövrü ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 9 saylı Qəbələ və 1 saylı Bakı ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 8 saylı Cəlilabad (98 müqavilə) və 16 saylı Ucar (127 müqavilə) ərazi idarələrinin əhatə etdiyi rayonlardır.

Torpaq sahələrinin ən çox girov qoyulduğu ərazi idarələrinin siyahısı

Sıra № Ərazi idarələri İpoteka müqaviləsinin sayı Ölkə üzrə göstəricidə payı

(faizlə)

1. 5 saylı Xaçmaz Ərazi İdarəsi 1578 19.3%
2. 9 saylı Qəbələ Ərazi İdarəsi 945 11.6%
3. 1 saylı Bakı Ərazi İdarəsi 918 11.2%
4. 4 saylı Abşeron Ərazi İdarəsi 906 11.1%
5. 14 saylı Şamaxı Ərazi İdarəsi 556 6.8%
6. 3 saylı Gəncə Ərazi İdarəsi 392 4.8%
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər