6 C
Baku
Sunday, December 15, 2024

İpoteka krediti alanda əhali ən çox bu əmlakları girov qoyur

Ölkəmizdə ipoteka krediti əldə edən zaman daha çox daşınmaz əmlak girov olaraq rəsmiləşdirilir. Belə ki, vətəndaşlar yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər. Daşınmaz əmlakların daha çox alqı-satqı prosesində iştirak etməsi və girov predmeti olması isə bu bazarın canlanmasına səbəb olur. Bu sahə üzrə 2022-ci ilin yanvar-sentyabr aylarının statistikasına nəzər yetirək.

Banker.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, 2022-ci ilin ilk 9 ayı ərzində Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri ilk 3-lükdədir. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzillərdir. Belə ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində 29.375 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Cari ilin 9 ayı ərzində girov qoyulmuş ümumi 51.347 əmlakdan 8.946-sı torpaq sahəsinin, 7.931-i isə fərdi yaşayış evinin payına düşüb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ölkəmizdə 51 347 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 549 və ya 39.5% çox olub.

2022-ci ilin yanvar-sentyabr ayları ərzində

daşınmaz əmlak növləri üzrə ipoteka müqavilələri

Əmlak növləri Müqavilə sayı

Ümumi göstəricidə payı (faizlə)

Mənzil 29375 57.2%
Torpaq sahəsi 8946 17.4%
Fərdi yaşayış evləri 7931 15.4%
Qeyri-yaşayış sahələri 1810 3.5%
Qeyri-yaşayış binaları 1709 3.3%
Bağ evləri 992 1.9%
Digərləri 584 1.1%
Ümumi say 51347 100.0%

 

Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi paytaxt Bakıda bağlanıb. Cari ilin yanvar-sentyabr ayları ərzində paytaxtda ümumilikdə 28.243  ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 55%-ni təşkil edir. Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (5781 müqavilə), 2 saylı Sumqayıt (3439 müqavilə), 3 saylı Gəncə (2394 müqavilə) və 5 saylı Xaçmaz ərazi idarələrində (2291 müqavilə) aparılıb. Həmçinin, 17 saylı Yevlax və 13 saylı Şirvan ərazi idarələri də ən çox girov qoyulan bölgələr sırasındadır.

Sıra № Ərazi İdarələrinin adı İpoteka müqaviləsinin ümumi sayı

Ölkə üzrə göstəricidə payı

(faizlə)

1. 1 saylı Bakı Ərazi İdarəsi 28243 55.0%
2. 4 saylı Abşeron Ərazi İdarəsi 5781 11.3%
3. 2 saylı Sumqayıt Ərazi İdarəsi 3439 6.7%
4. 3 saylı Gəncə Ərazi İdarəsi 2394 4.7%
5. 5 saylı Xaçmaz Ərazi İdarəsi 2291 4.5%
6. 17 saylı Yevlax Ərazi İdarəsi 1105 2.2%
7. 13 saylı Şirvan Ərazi İdarəsi 955 1.9%
8. 7 saylı Bərdə Ərazi İdarəsi 881 1.7%
9. 6 saylı Beyləqan Ərazi İdarəsi 810 1.6%
10. 10 saylı Lənkəran Ərazi İdarəsi 751 1.5%
11. 11 saylı Şəmkir Ərazi İdarəsi 718 1.4%
12. 12 saylı Şəki Ərazi İdarəsi 637 1.2%
13. 9 saylı Qəbələ Ərazi İdarəsi 631 1.2%
14. 16 saylı Ucar Ərazi İdarəsi 628 1.2%
15. 8 saylı Cəlilabad Ərazi İdarəsi 620 1.2%
16. 15 saylı Tovuz Ərazi İdarəsi 602 1.2%
17. 14 saylı Şamaxı Ərazi İdarəsi 438 0.9%
18. 18 saylı Zaqatala Ərazi İdarəsi 423 0.8%
Ölkə üzrə 51347 100%

Ayrı-ayrı əmlak növləri üzrə girovların ölkənin regionlar üzrə bölgüsünə nəzər saldıqda isə daha maraqlı nəticələr ortaya çıxır. Belə ki, cari ilin yanvar-sentyabr ayları ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır. Bütün girov qoyulan mənzillərin 92,6%-i bu üç ərazi idarəsinin payına düşür. Ölkənin regionlarında isə mənzillərin ən çox girov qoyulduğu bölgələr 3 saylı Gəncə, 17 saylı Yevlax, 13 saylı Şirvan ərazi idarələrinin xidmət dairəsində yerləşən şəhər və rayonlar üzrə müəyyən olunub. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 14 saylı Şamaxı (14 müqavilə), 9 saylı Qəbələ (14 müqavilə) və 11 saylı Şəmkir (23 müqavilə) ərazi idarələridir.

Mənzillərin ən çox girov qoyulduğu bölgələr

Sıra № Ərazi İdarələri İpoteka müqaviləsinin sayı

Ölkə üzrə göstəricidə payı

(faizlə)

1. 1 saylı Bakı Ərazi İdarəsi 21601 73.5%
2. 4 saylı Abşeron Ərazi İdarəsi 3298 11.2%
3. 2 saylı Sumqayıt Ərazi İdarəsi 2297 7.8%
4. 3 saylı Gəncə Ərazi İdarəsi 898 3.1%
5. 17 saylı Yevlax Ərazi İdarəsi 423 1.4%
6. 13 saylı Şirvan Ərazi İdarəsi 221 0.8%
Ölkə üzrə 29375 100%

 

2022-ci ilin 9 ayı ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə paytaxt ilk yeri tutur. Ancaq bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Ölkənin bölgələrində fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu rayonlar 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və  10 saylı Lənkəran ərazi idarələrinin dislokasiyalarında yerləşir.

Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu bölgələr

Sıra № Ərazi İdarələri İpoteka müqaviləsinin sayı

Ölkə üzrə göstəricidə payı

(faizlə)

1. 1 saylı Bakı Ərazi İdarəsi 2220 28.0%
2. 4 saylı Abşeron Ərazi İdarəsi 1114 14.0%
3. 3 saylı Gəncə Ərazi İdarəsi 738 9.3%
4. 5 saylı Xaçmaz Ərazi İdarəsi 542 6.8%
5. 7 saylı Bərdə Ərazi İdarəsi 432 5.4%
6. 10 saylı Lənkəran Ərazi İdarəsi 334 4.2%
Ölkə üzrə 7931 100%

Cari ilin 9 ayı ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 1 saylı Bakı və 4 saylı Abşeron ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 8 saylı Cəlilabad (156 müqavilə) və 15 saylı Tovuz (170 müqavilə) ərazi idarələridir.

Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr

Sıra № Ərazi İdarələri İpoteka müqaviləsinin sayı

Ölkə üzrə göstəricidə payı

(faizlə)

1. 5 saylı Xaçmaz Ərazi İdarəsi 1529 17.1%
2. 1 saylı Bakı Ərazi İdarəsi 1440 16.1%
3. 4 saylı Abşeron Ərazi İdarəsi 1070 12.0%
4. 3 saylı Gəncə Ərazi İdarəsi 524 5.9%
5. 2 saylı Sumqayıt Ərazi İdarəsi 471 5.3%
6. 11 saylı Şəmkir Ərazi İdarəsi 446 5.0%
Ölkə üzrə 8946 100%

 

 

Son xəbərlər
Digər xəbərlər