14 C
Baku
Wednesday, April 24, 2024

İpoteka kreditini hansı banklardan, necə əldə edə bilərik? – Tələblər, şərtlər

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri hansı tələblərə cavab verməlidir? Kreditin alınması üçün hansı sənədlər tələb olunur? Krediti necə əldə etmək olar, ? Hansı banklar ipoteka krediti verir və şərtlər nələrdir?

Banker.az-ın ipoteka kreditləri ilə bağlı araşdırmasında bütün bu suallara cavab tapa biləcəksiniz. Qeyd edək ki, bəzi şəxslərin ipoteka kreditini güzəştli şərtlərlə əldə etmək hüququ var.

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri aşağıdakı tələblərə cavab verməlidir:
  • Kredit Azərbaycan manatı ilə verilməlidir;
  • Kredit Azərbaycan Respublikasının vətəndaşına verilməlidir;
  • Kredit, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına verilməlidir;
  • Güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizindən, güzəştli ipotekaya aid olmayan kreditin məbləği isə 85 faizindən çox olmamalıdır;
  • İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70%-dən çox olmamalıdır. Bu tələb ipoteka kreditinin məbləğinin kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən ilkin bazardakı yaşayış sahəsinin qiymətinin 60 faizindən az olduğu hallara şamil edilmir;
  • Borcalanın (borcalanların) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlər hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun 50 faizindən az götürülə bilməz;
  • Kreditin son ödəniş tarixinə borcalanın (borcalanların) yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır;
  • Kredit yaşayış sahəsinin ipotekası ilə təmin olunmalıdır;
  • İpoteka ilə yüklü edilən yaşayış sahəsi Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təsdiq olunmuş siyahıya daxil olan və onunla əməkdaşlığa dair müqavilə bağlamış müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir;
  • İpoteka saxlayanın hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır;
  • Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməlidir;
  • İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır;
  • Həyat sığorta müqaviləsi. Borcalanların həyat sığortası onların ipoteka kreditinin məbləği hesablanarkən gəlirlərinin xüsusi çəkisinə proporsional qaydada aparılmalı və borcalanların həyat sığortasının ümumi məbləği ipoteka krediti məbləğindən az olmamalıdır;
  • İpoteka krediti almaq istəyən şəxsin gecikməsi olan cari kredit öhdəlikləri olmamalıdır;
  • İpoteka krediti üzrə borcalanların sayı 3 nəfərdən artıq ola bilməz;
  • Bir şəxs eyni vaxtda yalnız 2 ipoteka krediti üzrə borcalan qismində çıxış edə bilər;
  • Eyni ipoteka krediti üzrə borcalanlar qismində yalnız yaxın ailə üzvləri – ər/arvad, bacı və qardaş, övlad və valideynlər, baba və nənələr çıxış edə bilər;
  • İpoteka krediti hesabına alınmış yaşayış sahəsi üzərində mülkiyyət hüquqları yalnız borcalanlardan birinin adına rəsmiləşdirilə bilər;
  • İpoteka kreditləri fərdi yaşayış evlərinin, bağ evlərinin və 01 yanvar 1970-ci il tarixindən sonra inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzillərin alınmasına verilir;
  • Qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla, ipoteka krediti üzrə öhdəliklər tam icra olunanadək ipoteka krediti hesabına alınmış yaşayış sahəsinin özgəninkiləşdirilməsinə icazə verilmir;
  • Ümumi paylı mülkiyyətdə olan yaşayış sahəsinin bir hissəsi ayrılıqda ipoteka predmeti kimi çıxış edə bilməz.

İpoteka kreditinin alınması üçün tələb olunan sənədlər (tələb olunan sənədlər elektron sistem vasitəsilə, bu mümkün olmadıqda isə kağız daşıyıcılarda təqdim edilməlidir):

  • Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti;
  • Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;
  • Borcalanın (borcalanların) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;
  • Borcalanın (borcalanların) iş yerini və gəlirlərini təsdiq edən sənədlər;
  • Şəxsin güzəştli kateqoriyaya aid olduğunu təsdiq edən sənəd (şəxs güzəştli kateqoriyaya aid olduqda).
  • Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti (borcalan (borcalanlar) fərdi sahibkar olduqda);
  • Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi (borcalan (borcalanlar) fərdi sahibkar olduqda).

İpoteka kreditinin rəsmiləşdirilməsindən sonra təqdim olunmalı sənədlər:

  • İpoteka müqaviləsinin (Qarışıq müqavilə) və ipoteka kağızının əsli və onların dövlət qeydiyyatından keçməsini təsdiqləyən sənədlər;
  • Borcalanın (borcalanların) həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsinin və ipoteka predmetinin sığortalanmasını və sığorta ödənişlərinin ödənildiyini təsdiqləyən sənədlər.

İpoteka kreditini əldə etmənin ardıcıl mərhələləri:  

  1. Kredit üçün müraciət – İpoteka kreditini almaq üçün Elektron Hökumət Portalında ( www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sisteminə gücləndirilmiş elektron imza (e-imza, asan imza) ilə qeydiyyatdan keçərək müraciət etmək olar. Belə ki, ipoteka kreditinin verilməsi üçün ipoteka krediti almaq istəyən şəxs tərəfindən birbaşa və ya onun müraciət etdiyi müvəkkil bank tərəfindən həmin şəxsin adından elektron sistem vasitəsilə müraciət edilir. Müraciət etmiş şəxsə qeydiyyat nömrəsi elektron sistem vasitəsi ilə verilir. Müraciətlər növbəlilik əsasında qeydiyyata alınır və baxılır.
  2. Kreditin anderraytinqi – bu mərhələdə müraciət edən şəxsin təqdim etdiyi sənədlər əsasında ipoteka kreditini qaytarmaq qabliyyətinin, həmçinin ipoteka qoyulan əmlakın dəyərinin və vəziyyətinin qiymətləndirilməsi həyata keçirilir. Nəticədə, müvəkkil bank kredit almaq istəyən şəxsə kreditin verilməsinə və ya verilməməsinə son qərar verir.
  3. İpoteka kreditinin rəsmiləşdirilməsi – bu mərhələdə zəruri sənədlər toplanılır, kredit, ipoteka və sığorta müqavilələri imzalanılır və qanunvericiliyə uyğun qaydada təsdiq edilir və yaranan hüquqlar dövlət qeydiyatına alınır.
  4. Kreditin verilməsi.
  5. Kredit üzrə öhdəliklərin icrası – müəyyən edilmiş ödəmə qrafikinə uyğun olaraq kredit alan şəxs kredit üzrə ödənişlərini aparmalıdır.

İpoteka krediti verən banklar:

  • ABB
  • Azər Türk Bank
  • Azərbaycan Sənaye Bankı
  • Bank Avrasiya
  • Bank BTB
  • Bank of Baku
  • Bank Respublika
  • Bank VTB Azərbaycan
  • Expressbank
  • Günay Bank
  • Kapital Bank
  • Muğanbank
  • Naxçıvanbank
  • PAŞA Bank
  • Rabitəbank
  • Turan Bank
  • Unibank
  • Xalq Bank
  • Yapı Kredi Bank Azərbaycan
  • Yelo Bank
  • Ziraat Bank Azərbaycan
ŞƏRTLƏR
Maksimal  məbləğ 150 000 AZN (Naxçıvanbank-da 60 000 AZN)
Maksimal müddət 25 il
Minimal ilkin ödəniş 15%
Maksimal illik faiz dərəcəsi:
Zəmanət verilməmiş kreditlər üzrə 8%
Zəmanət verilmiş kreditlər üzrə 7%

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər