8 C
Baku
Friday, December 13, 2024

İpoteka kreditlərinə əlavə vəsait ayrılacaq

Azərbaycan İpoteka Fondu 5 milyon manatlıq istiqrazları yerləşdirib

Hərracda 2 investor iştirak edib.

17 mart 2014-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun (AİF) ümumi həcmi 40 mln. manat təşkil edən, AZ2008008685 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib. İstiqrazlar cari qiymətlə satışa çıxarılıb.

AİF-dən verilən məlumata görə, hərracda 2 investor iştirak edib.

Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi dəfələrlə üstələyərək 33 918 000 manat təşkil edib və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilib.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər