23 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin AZ2068008682 ISIN-li, 70 mln. manat həcmində, 9360 gün tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Banker.az BFB-yə istinadla xəbər verir ki, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir.
Hərrac qiyməti 1000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 70 mln. manat olmuşdur.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 70,000,000 manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 9 iyul 2048-ci ildir.