9 C
Baku
Thursday, December 12, 2024

İpoteka və Kredit Zəmanət Fondu kapital bazarından ₼50 mln. borc vəsait cəlb etdi

29 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin tədavül müddəti 7200 gün, nominal dəyəri 1,000 manat olan AZ2081008685 ISIN-li, 50,000,000 manat həcmində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Bu barədə Banker.az-a BFB-dən məlumat daxil olub.

Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 3,25%, faiz ödəniş dövrü isə 180 gündən bir (6 aydan bir) təşkil edir.

Hərrac qiyməti 1,000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 50,000,000 manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 50,000,000 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 16 oktyabr 2043-cü ildir.

Yerləşdirmə üzrə anderrayter “Unicapital İ.Ş” ASC-dir.

Son xəbərlər
Digər xəbərlər