8 C
Baku
Thursday, March 28, 2024

İpoteka və Kredit Zəmanət Fondunun nizamanmə kapitalı kəskin artırıldı

Prezidentin 2017-ci il 25 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilib.

Banker.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Fərmana görə, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nizamanmə kapitalı 566 mln. manata qədər artırılıb.

Qeyd edək ki, əvvəlki fərmanda bu 466 mln. manat həcmində idi ki, bu da 22% artımın olması deməkdir.

XATIRLATMA

Prezident 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə Cəmiyyətin Nizamnaməsi təsdiq edilmişdir.


Daha sonra, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında yenidən təşkili yolu ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” qeyri-kommersiya hüquqi şəxsi yaradılmışdır.

Son xəbərlər
Digər xəbərlər