9 C
Baku
Thursday, December 12, 2024

İqlim dəyişikliyinə görə Tuvalu vətəndaşlarına Avstraliyaya köçməyə icazə veriləcək

Tuvalu vətəndaşlarına iqlim dəyişikliyinin nəticələrinə görə Avstraliyaya köçməyə icazə veriləcək.

Bununla bağlı Avstrailya Baş naziri Entoni Albanese Kuk adalarında Tuvalunun Baş naziri Kausea Natano ilə birlikdə Sakit Okean Adaları Forumu çərçivəsində açıqlamasında bildirib.
Tuvalu və Avstraliya arasında imzalanan pakta əsasən, Avstraliya hər il 280 Tuvalu vətəndaşını qəbul edəcək və onlara xüsusi viza almaq imkanı verəcək.
“Biz inanırıq ki, Tuvalu əhalisinin iqlim dəyişikliyinin təsirləri pisləşdikcə başqa yerdə yaşamaq, oxumaq və işləmək seçimi olmalıdır”, – Baş nazir Albanese deyib.

Avstraliya hökumət başçısı bildirib ki, Tuvalu iqlim dəyişikliyi təhlükəsindən təsirlənir, onların mövcudluğu təhdid olunur. Avstraliya həmçinin Tuvalunun əsas adasındakı quru kütləsini artırmaq üçün 16,9 milyon dollarlıq layihəni maliyyələşdirəcək.

Qeyd edək ki, Tuvalu doqquz adadan ibarət Sakit Okean ölkəsidir. Ölkənin ən hündür nöqtəsi dəniz səviyyəsindən cəmi beş metr hündürlükdədir ki, bu da onu iqlim dəyişikliyinin səbəb olduğu dəniz səviyyəsinin yüksəlməsi qarşısında çox həssas edir. Ölkənin 11 000-dən bir qədər çox əhalisi var və o, dünyanın ən kiçik ölkələrindən biridir. İlkin olaraq ölkəyə gələnlərin sayı ildə 280 nəfərlə məhdudlaşdırılır.

 

Son xəbərlər
Digər xəbərlər