Hazırda müşahidə olunan daraldıcı pul siyasəti və faiz dərəcəsinin artımı meylləri xüsusən də xarici valyutada və qısa müddətə borc alan ölkələr üçün borclanmanı bahalaşdırır və inkişaf etməkdə olan iqtisadiyyatlar üçün təzyiqə çevrilir.
Bu barədə məlumat “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” layihəsində öz əksini tapıb.
Məlumata görə, qeyd olunan amillər beynəlxalq təşkilatlar tərəfindən iqtisadi artım proqnozlarına yenidən baxılaraq azaldılmasını şərtləndirib.
“Belə ki, Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən iyul ayında yenilənmiş proqnozlara əsasən qlobal Ümumi Daxili Məhsulun (ÜDM) 2022-ci ildə 3,2%, 2023-cü ildə 2,9%, Dünya Bankının proqnozlarına əsasən isə 2,9% və 3,0% artacağı proqnozlaşdırılır”, – layihədə qeyd olunub.