14 C
Baku
Monday, May 6, 2024

İqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib

İqtisadiyyat nazrinin müavinlərindən biri vəzifəsindən azad edilib.

Banker.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Prezidentinin sərəncamı ilə Sevinc Telman qızı Həsənova vəzifəsindən azad edilib.

Hazırda bu nazirliyə Mikayıl Cabbarov başçılıq edir. Bununla da onun birinci müavini ilə bərabər beş müavini var.

Sevinc Həsənova 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Maliyyə və kredit fakültəsini bitirib. Əmək fəaliyyətinə 1993-cü ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsində iqtisadçı kimi başlayıb.

1993–2006-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsi və Baş Dövlət Xəzinədarlığında iqtisadçı, baş iqtisadçı, şöbə müdiri vəzifələrində çalışıb, Nazirliyin Makroiqtisadi Siyasət Qrupunun üzvü olub, beynəlxalq təşkilatların dövlət investisiyaları, inkişafın proqramlaşdırılması üzrə layihələrində iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2008-ci ildə makroiqtisadi çərçivənin müəyyən olunması üzrə komissiyanın sədri olub.

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.

Son xəbərlər
 ⁠
Digər xəbərlər