18 C
Baku
Monday, April 29, 2024

İqtisadiyyat Nazirliyi Bakı İlahiyyat Kollecinin binası ilə bağlı təkliflər verəcək

Bakı İlahiyyat Kollecinin yaradılması ilə bağlı imzalanmış sənəddə də göstərildiyi kimi, kollecin binasının harada yerləşməsi ilə bağlı məsələ ilə İqtisadiyyat Nazirliyi məşğul olur.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, İqtisadiyyat Nazirliyi müvafiq qurum vasitəsilə müəyyən təkliflər verəcək və bunlara baxıldıqdan sonra bina ilə bağlı məsələ də öz həllini tapmış olacaq

Mübariz Qurbanlı qeyd edib ki, ilkin mərhələdə kollecə 20 nəfərin qəbulu nəzərdə tutulsa da, növbəti illərdə bu sayın artacağı nəzərə alınaraq bir bina təklif olunacaq.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər